"Vulverhempton"un futbolçusu "Mançester Siti"yə keçə bilər

"Vulverhempton"un əlcəzayirli futbolçusu Rayan Ait Nuri "Mançester Siti"nin transfer hədəfinə çevrilib.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Mançester klubu Rayan Ait Nurinin meneceri ilə danışıqlara başlayıb.

23 yaşlı sol cinah müdafiəçisinin hazırkı dəyəri "Transfermarkt" portalına görə, 35 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Rayan Ait Nuri ötən mövsüm meydana çıxdığı 41 matçda 5 qol 7 asist müəllifi olub.