Xabi Alonso sabiq oyunçusunu “Çelsi”yə gətirmək istəyir
İngiltərənin “Çelsi” klubu Almaniya millisinin üzvü və hazırda “Liverpul”un formasını geyinən hücumameyilli yarımmüdafiəçi Floria Virtz üçün gözlənilməz transfer variantını nəzərdən keçirir.
Sportline.az “The Sun”a nəşrinə istinadən xəbər verir ki, futbolçu vaxtilə baş məşqçi Xabi Alonsonun rəhbərliyi altında parlaq çıxışı ilə diqqət çəkmişdi və hazırda London klubunun maraq dairəsindədir.
Lakin bu transferin reallaşması üçün vacib bir amil var. “Çelsi” yalnız argentinalı yarımmüdafiəçi Enzo Fernández ilə yollarını ayıracağı təqdirdə Virts üçün rəsmi addım ata bilər.
Klub rəhbərliyi mümkün satışdan əldə olunacaq vəsaiti alman ulduzun transferinə yönəltməyi planlaşdırır.
Hazırda transfer məsələsinin Enzo Fernandezin gələcəyi ilə bağlı vəziyyətdən asılı olacağı bildirilir.
Qeyd edək ki, Virts “Liverpul”un heyətində ötən mövsüm çıxdığı 49 matçda, 7 qol 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırki müqaviləsi 2030 cu ilin yayına qədər qüvvədədir.