Xavi "Barselona" ilə yeni müqavilə imzalayacaq

"Barselona"nın baş məşqçisi Xavi klubla yeni müqavilə imzalayacaq.

Sportline.az xəbər verir ki, bu haqda Sport nəşri məlumat yayıb.

Tərəflər transfer pəncərəsi bağlandıqdan sonra müzakirələrə başlayacaqlar.

Mənbənin xəbərinə görə, yeni anlamada Xavinin məvacibinin artırılması nəzərdə tutulur.

Qeyd edək ki, 2021-ci ildən "Barselona"nı çalışdıran Xavi, bu müddət ərzində İspaniya çempionatı və Superkubokunun qalibi olub.