Xavi "Barselona"da

“Əl-Sədd”in baş məşqçisi Xavi Ernandes “Barselona”nı çalışdıracaq.

Sportline.az xəbər verir ki, bu barədə Qətər təmsilçisinin baş direktoru Turki Al-Ali klubun rəsmi saytına açıqlamasında bildirib. O, iki klub arasında razılıq əldə olunduğu deyib:

"Biz "Barselona" ilə gələcəkdə əməkdaşlıq barədə razılığa gəldik. Xavi "Əl-Sədd" tarixinin mühüm hissəsidir, ona gələcək karyerasında uğurlar arzulayırıq".

Xavinin təyinatının yaxın günlərdə “Barselona” tərəfindən açıqlanacağı qeyd olunub.

Xatırladaq ki,  İspaniya millisinin sabiq üzvü "Barselona"nın yetirməsidir. O, 17 il - 1998-2015-ci illərdə Kataloniya klubunda oynayıb. O, 2019-cu ildən "Əl-Sədd"i çalışdırır.