Xavi "Barselona"nı hədələyib

Xavi, Ronald Arauxonun “Bavariya”ya transferinin təstiqlənəcəyi təqdirdə klubdan daha tez ayrılacağını bildirib.

Sportline.az xəbər verir ki, “Bavariya” ara transfer dönəmində Arauxonun transferini tamalamaq istəyirdi.

Tomas Tüxelin oyunçunu çox bəyəndiyindən klub onun üçün 80 milyon ödəməyə hazırdır idi.

Lakin "The Athletic"in xəbərinə görə,”Barselona”nın baş məşqçisi Xavi, Arauxonun ayrılacağı təqdirdə klubu öz istefası ilə hədələyib.

Nəticədə Almaniya klubu Arauxonun transferindən imtina edib, “Tottenhem”dən Erik Dayeri 6 aylığa icarəyə götürərərək  qısamüddətli həll yolu tapmağa üstünlük verib.

Qeyd edək ki, bu mövsüm Katalonya klubunda 24 matça cıxan Arauxonun aktivində 1 qol var.