Xavi: "Bu, Messinin qərarından asılıdır"

"Barselona"nın baş məşqçisi Xavi Messinin komandaya qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, çalışdırıcı bu məsələdə futbolçunun öz qərarının əsas rol oynadığını vurğulayıb: "Mən həqiqətən də onun komandaya dönüşünün tərəfdarıyam. Bu hadisə baş versə, çox sevinərəm. Onun köməyinə ehtiyacımız var. Amma, bu, onun qərarından asılı məsələdir. Səbirsizliklə Leonun qayıdışını gözləyirik" - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, PSJ-dən ayrılacaq Messi gələcək karyerası ilə bağlı qərarını açıqlamağa hələ ki, tələsmir.