Xavi: "Messi "Barselona"ya kömək edəcək"
"Barselona"nın baş məşqçisi Xavi Lionel Messiyə güvəndiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, o komandaya dönüşü gözlənilən argentinalının xidmətində maraqlı olduğunu bildirib: "Onun qayıdışı mənim üçün əhəmiyyətlidir. Bu komandanın uğurlarına cavabdeh şəxs kimi deyirəm ki, onun qayıdışı bizə çox kömək olacaq. Bununla bağlı klub prezidentinə də fikrimi bildirmişəm. Leo əsl liderdir".
Qeyd edək ki, PSJ ilə yolları ayrılacağı gözlənilən Messinin yenidən ""Barselona" forması geyinəcəyi gündəmdədir.