Xavi qərarını izah edib
"Barselona"nın baş məşqçisi Xavinin yayda komandadan ayrılacağı ilə bağlı açıqlaması gündəmi zəbt edib.
Sportline.az AS nəşrinə istinadla xəbər verir ki, ispaniyalı mütəxəssis bugünkü məşqdən əvvəl futbolçulara qərarı haqda izahat verib.
"Çox təəssüf ki, siz bu haqda məlumatı belə aldınız. Amma, uzun müddətdir ki, bunu açıqlamaq istəyirdim. Daha gözləyə bilməzdim. Ümid edirəm ki, bu qərar hamı üçün yaxşı olacaq. Mənim kimi siz də aşırı təzyiqdən azad olacaqsınız", - deyə Xavi fikirini bölüşüb.
Xatırladaq ki, Xavi "Vilyarreal"a 3-5 hesablı məğlubiyyətdən sonra mövsümün sonunda istefa verəcəyini açıqlayıb.