Xavi rəsmən "Barselona"da
Xavinin "Barselona"nın baş məşqçisi vəzifəsinə təyinatı rəsmiləşib.
Sportline.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalanıb.
Qeyd edək ki, Xavinin son klubu "Əl-Sədd" (Qətər) olub. O, 2019-cu ildən bu komandanı çalışdırırdı.
Əlavə edək ki, "Barselona"nın son baş məşqçisi Ronald Kuman olub. O, ötən həftə istefaya göndərilib.