Xavi Simonsun transfer qiyməti bəlli olub

"Leipziq" niderlandlı futbolçusu Xavi Simonsun transfer qiymətini açıqlayıb.

Sportline.az jurnalist Florian Plettinbergin məlumatına istinadən xəbər verir ki, Almaniya klubu X.Simons üçün 80 milyon avro tələb edir.

22 yaşlı futbolçunun "Leipziq"lə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Xavi Simons bu mövsüm çıxış etdiyi 32 matçda 10 qol 8 məhsuldar ötürmə müəllifi olub.