Xavi uğursuzlar sırasında
"Barselona"nın baş məşqçisi Xavi son 15 ildə komandanın qələbə faizinə görə ikinci ən zəif məşqçisidir.
Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Fran Martines sosial şəbəkədə məlumat yayıb.
Xavinin qələbə faizi 62,16-dır. O, sözügedən göstəricidə yalnız Ronald Kumanı qabaqlayır (58,2 faiz).
Qeyd edək ki, 16 turdan sonra aktivində 34 xalı olan "Barselona" yarış cədvəlinin 4-cü pilləsindədir.