Xavidən Messi açıqlaması
"Barselona"nın baş məşqçisi Xavi Lionel Messinin komandaya qayıtması ilə bağlı məsələyə münasibət bildirib.
Sportline.az "Demarkesports"a istinadla xəbər verir ki, o, “Jirona” matçından sonra keçirilən mətbuat konfransında Messi barədə danışıb: "Azarkeşlər hər oyununda Messi üçün dəstək nümayiş etdirirlər. Onun geri dönməsi onları xoşbəxt edəcək. Nələr olacağını görəciyik".
Qeyd edək ki, PSJ-də işləri qaydasında getməyən Messinin iyunda “Barselona”ya qayıdacağı gözlənilir.