Xavinin "Barselona"dakı əsas problemi

"Real"ın sabiq çalışdırıcısı Fabio Kapello İspaniya çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Sportline.az xəbər verir ki, "Barselona"nın çıxışına da toxunan təcrübəli mütəxəssis baş məşqçi Xavinin əsas problemindən də söz açıb.

"Levandovski Xavinin ümidlərini doğrultmur. O, öz səviyyəsinə uyğun oynaya bilmir. Bu isə, çox vacib məqamdır", - deyə Kapello Marca nəşqrinə müsahibəsində bildirib.

Qeyd edək ki, Lavandovski bu mövsüm meydana çıxdığı 18 oyunda rəqib qapılarından 8 top keçirib.

4 dəfə isə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.