Xavinin kürsüsü laxlayır

Xavi bu həftə ərzində komandadan uzaqlaşdırıla bilər.

“Barselona” rəhbərliyi komandanın qarşıdakı oyunlarda yaxşı nəticə göstərmədiyi təqdirdə, baş məşqçini istefaya göndərmək variantını nərədən keçirir.

Bu haqda Cadena Ser saytı məlumat yayıb.

Xavi üçün həlledici oyunlar “Unionistas Salamanka” ilə İspanya kubokunun 1/8 final və “Betis” ilə cempionat oyunları olacaq.

Xavi istefaya göndərilərsə onun yerinə gənclər komandasının baş məşqçisi Rafael Markes keçəcək.

Qeyd edək ki, 43 yaşlı mütəxəssis 2021-ci ilin noyabr ayından etibarən “Barselona”nı çalışdırır.