Xavinin məsələsi həllini tapdı

"Barselona"nın baş məşqçisi Xavi ilə yeni müqavilə bağlanacaq.

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat paylaşıb.

"Müqaviləmin uzadılması məsələsi bir neçə gün əvvəl həllini tapıb. Yaxın vaxtlarda bu haqda rəsmi açıqlama veriləcək. Buna görə çox xoşbəxtəm", - deyə Xavi hisslərini bölüşüb. 

Qeyd edək ki, klubun əfsanələrindən biri 2021-ci ildən komandanın baş məşqçisidir.