Xavinin yeni il arzusu

"Barselona"nın baş məşqçisi Xavi 2024-cü illə bağlı arzularını dlə gətirib.

Sportline.az xəbər verir ki, o, X sosial şəbəkəsindəki "Barca Universal" səhifəsinə bunları açıqlayıb:

"Yeni illdə klubun 125 illiyi qeyd olunacaq. Bu ildə klubumuza yeni uğurlar arzulayıram. Bunun üçün əlimizdən gələni edəcəyik. Bacardıqca daha çox titul qazanmaq istəyirik. Bu il olduğu kimi, 2024-cü ildə də hədəflərimiz dəyişməyəcək".

Qeyd edək ki, "Barselona" Xavinin rəhbərliyi ilə İspaniya çempionu olub və ölkə superkubokuna sahib çıxıb