Xavinin yerinə beş namizəd
"Barselona"nın baş məşqçisi Xavinin yerinə namizədlərin adları açıqlanıb.
Sportline.az xəbər verir ki, İspaniyanın Sport.es nəşrinin siyahısında 5 mütəxəssis yer alır:
Tiaqo Motta («Bolonya» nın baş məşqçisi);
Rafael Markes («Barselona Atletik» in məşqçisi)
Covaanni van Bronxorst («Reyncers» in keçmiş məşqçisi);
Miçel Migel («Jirona» nın baş məşqçisi);
Imanol Alquasil («Real Sosyedad» ın baş məşqçisi).
Xatırladaq ki, Xavi ötən gecə «Vilyarreal»a 3:5 hesablı məğlubiyyətdən sonra mövsümün sonunda istefa verəcəyini açıqlayıb.