Xorvatiyalı futbolçu “Beşiktaş”ın transfer siyahısında yer alıb

"Dinamo Zaqreb"in xorvatiyalı forvardı Bruno Petkoviç karyerasını Türkiyə Süper Liqasında davam etdirə bilər.

Sportline.az "Ntvsport.net"ə istinadən xəbər verir ki, "Beşiktaş" Petkoviçlə yaxından maraqlanır.

30 yaşlı futbolçunun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 3.5 milyon avrodur.

Qeyd edəj ki, Petkoviçin "Dinamo Zaqreb"lə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.