Xulian Alvarez "Atletiko"ya keçidi haqda danışıb

Argentina millisinin 24 yaşlı hücumçusu Xulian Alvarez İngiltərənin "Mançester Siti" klubundan "Atletiko Madrid"ə keçmək qərarını açıqlayıb.

Sportline.az xəbər verir ki, Madrid Universe X hesabı ulduz futbolçunun sözlərinə bu cür yer verib.

"Karyeramda dəyişikliyə, yeni çağırışa ehtiyacım olduğunu hiss etdim və düşünürəm ki, "Atletiko" gedə biləcəyim ən yaxşı klub idi."

Daha əvvəl forvardın transferinin madridlilərə 75 milyon avro + 20 milyon avro bonuslara başa gəldiyi bildirilirdi. Argentinalı hücumçu yeni klubu ilə 2030-cu ilə qədər müqavilə imzalayıb.

Qeyd edək ki, ötən mövsüm "Mançester Siti" ilə 54 oyuna çıxan Alvarez aktivinə 19 qol və 13 məhsuldar ötürmə yazdırıb.