Yamal ingiltərəli futbolçunun "Barselona"ya transfer olmasını istəyir

Lamin Yamal "Aston Villa"da icarə əsasında çıxış edən ingiltərəli futbolçu Markus Reşfordun "Barselona"ya transfer olmasını istəyir.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbərliyi Yamalın bu istəyini müsbət qarşılayıb.

"Barselona" Reşford üçün mövsümün sonunda "Mançester Yunayted"lə danışıqlara başlayacaq.

Qeyd edək ki, 27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 41 matçda 11 qol 9 məhsuldar ötürmə müəllifi olub.

Onun hazırkı dəyəri "Transfermarkt" portalına görə, 50 milyon avro olaraq qiymətləndirilir.

Xatırladaq ki, Reşfordun "Mançester Yunayted"lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.