Yamalın atasına hücum edənlər saxlanılıb

"Barselona"nın gənc ulduzu Lamin Yamalın atasına hücum edən 3 nəfər saxlanılıb.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" məlumat yayıb.

Həmin şəxslər adam qətlinə cəhddə təqsirləndirilirlər.

Qeyd edək ki, Yamalın atası Munir Nasraui bıçaq yarası ilə xəstəxanaya çatdırılmışdı.

Həkimlər onun həyatını xilas edə biliblər. 

Hadisənin isə Barselonanın yaxınlıındakı Mataro qəsəbəsində avtomobil dayanacağında baş verdiyi bildirilir.