Yanğına görə oyunlar təxirə salındı

Valensiyada baş verən yanğına görə şahərdə matəm elan edilib və həftə sonu planlaşdırılan bütün tədbirlər ləvğ olunub.

Sportline.az Marca.com-a istinadla xəbər verir ki, şənbə günü keçirilməli olan “Valensiya”-“Qranada” və ikinci divizionun oyunu “Levante”-“Andorra” matçları təxirə salınıb.

Xatırladaq ki, bundan əvvəl “Valensiya” klubu “Qranada” ilə oyunun təxirə salınması üçün İspaniya Futbol Federasiyasına müraciət etmişdi.

Qeyd edək ki, 14 mərtəbəli binanı əhatə edən və qonşu binaya keçən yanğın nəticəsində azı 4 nəfər həyatını itirib.

19 nəfər isə hələ də itkin düşmüş hesab edilir.