"Yanvar ayında "Beşiktaş"dan ayrıla bilərəm" - Rikardu Kuarejma
"Bu komandadan bir dəfə ayrılıb geri qayıtmışam. Heyətdə artıqlıq yaradan oyunçu mənəmsə, yanvar ayında "Beşiktaş"dan ayrıla bilərəm".
SportLine.az ntvspor.net saytına istinadən xəbər verir ki, bu sözləri "Beşiktaş"ın portuqaliyalı futbolçusu Rikardu Kuarejma UEFA Avropa Liqasının 3-cü turu çərçivəsində "Genk"ə qarşı keçirilən oyundan sonra (2:4) deyib.
Məğlubiyyətə görə təəssüfləndiyini bildirən futbolçu, "Əlimizdən gələni etdik, amma alınmadı. Bu gün bəxt bizim tərəfimizdə deyildi. Hələ çox oyunumuz var. İstirahət edib, həmin oyunlara hazırlaşmalıyıq. Növbəti oyunda qələbəyə ehtiyacımız var. Gərək səhvlərimiz üzərində işləyək. Gənc futbolçular azarkeşlərin təxyiqi qarşısında davam gətirə bilmədilər. Azarkeşlər mənə də etiraz edirlər. Məni bəyənmirlərsə, heyətdə artıq olduğumu düşünürlərsə, gedə bilərəm. Amma mən etirazlara da razıyam. Gənc futbolçuların təcrübəsi yoxdur, amma mənim var. Ona görə, onlara yox, mənə etiraz etsinlər. Onların dəstəyə ehtiyacı var", - deyə bildirib.