Yosko Qvardiol "Barselona"nın hədəfindədir

"Mançester Siti"nin müdafiəçisi Yosko Qvardiol "Barselona"nın transfer hədəfinə çevrilib. 

Sportline.az xəbər verir ki, bu haqda "El Partidazo de COPE" nəşri məlumat yayıb.

24 yaşlı futbolçunun transfer qiyməti 70 milyon avrodur.

Qeyd edək ki, Y.Qvardiol bu mövsüm meydana çıxdığı 25 matçda 2 qol, 5 asistlə yadda qalıb.