Yosko Qvardiol "Mançester Siti"də qalacaq
"Mançester Siti" xorvatiyalı futbolçusu Yosko Qvardiol klubla yeni müqavilə imzalayacaq.
Sportline.az xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
24 yaşlı stopper "Mançester Siti" ilə 2031-ci ilə qədər müqaviləsini uzadacaq.
Qeyd edək ki, Y.Qvardiol Xorvatiya millisinin əsas üzvlərindən sayılır.