Yunus Musah "Vest Hem"in hədəfində
"Atalanta"nın futbolçusu Yunus Musahın yayda komandadan ayrılacağı gözlənilir.
Sportline.az xəbər verir ki, "Vest Hem" 23 yaşlı oyunçunu heyətinə qatmağı planlaşdırır.
Bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Qeyd edək ki, Y.Musah cari mövsüm meydana çıxdığı 29 matçda 2 qol, 1 asistlə yadda qalıb.