"Yuventus" 3 illik müqavilə təklif etdi
"Aston Villa"nın qapıçısı Emiliano Martinez "Yuventus"un diqqət mərkəzindədir.
Sportline.az xəbər verir ki, Turin klubu argentinalı kiperə 3 illik müqavilə təklif edib.
Jurnalist Matteo Morettonun məlumatına görə, Martinez bu təklifi qəbul edəcək.
Qeyd edək ki, 33 yaşlı futbolçu ötən mövsüm "Aston Villa" ilə Avropa Liqasının qalibi olub.