"Yuventus" "Aston Villa"ya elçi düşdü
"Aston Villa"nın qapıçısı Emiliano Martinez karyerasını "Yuventus"da davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, Turin klubu 33 yaşlı futbolçu üçün rəsmi təklif göndərib.
Bu haqda jurnalist Nikola Şıkira məlumat yayıb.
Qeyd edək ki, E.Martinez bu mövsüm "Aston Villa"nın heyətində Avropa Liqasının qalibi olub.