"Yuventus" fransalı futbolçuya göz qoydu
Ötən mövsümün "Aston Villa"da icarə əsasında keçirən fransalı futbolçu Aksel Disasi karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Tutto Juve" nəşrinə istinadən xəbər verir ki, ""Yuventus" Disasini transfer etmək üçün hərəkətə keçib.
27 yaşlı sağ cinah müdafiəçisi müqavilə əsasında "Çelsi" klubuna məxsusdur.
Qeyd edək ki, Disasi üçün London klubu qarşı tərəfdən ən azı 30 milyon avro tələb edir.