"Yuventus" isveçli ulduza illik 11 milyon avro təklif edib

"Yuventus" "Sportinq"in isveçli futbolçusu Viktor Gyökeresi transfer etmək istəyir.

Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, Turin klubu Gyökeresə illik 11 milyon avro maaş təklif edib.

Portuqaliya klubu 27 yaşlı forvard üçün 65 milyon avro tələb edir.

Qeyd edək ki, Gyökeresi transfer etmək istəyən klubların siyahısında "Arsenal" və "Mançester Yunayted" klublarıda yer alır.

O, ötən mövsümü 52 matçda 54 qol 13 məhsuldar ötürmə ilə tamamlayıb.

Xatırladaq ki, Gyökeres "Sportinq"ə 2023-cü ilin yayında "Coventri Siti" klubundan 24 milyon avro qarşılığında transfer olunmuşdu.

Onun Lissabon klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.