"Yuventus" kanadalı futbolçuya təklif göndərib
"Lill"dən azad agent kimi ayrılan kanadalı futbolçu Conatan Deyvid karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" Deyvidə illik 6 milyon avro maaş təklif edib.
25 yaşlı futbolçu bu təklifi qəbul etsə, imza pulu üçündə əlavə 15 milyon avro gəlir əldə edəcək.
Qeyd edək ki, Conatan Deyvid ötən mövsüm çıxış etdiyi 49 matçda rəqib qapılarından 25 top keçirib.