"Yuventus" "Mançester Yunayted"ə elçi düşüb
"Mançester Yunayted"in isveçli stoperi Viktor Lindelöf karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportline.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin klubu Lindelöfü azad agent kimi heyətinə qatacaq.
30 yaşlı futbolçu "Mançester Yunayted"lə yeni müqavilə imzalamayacaq.
Qeyd edək ki, Lindelöf bu mövsüm 22 rəsmi matçda iştirak edib, məhsuldarlıq göstəricisi isə yoxdur.