"Yuventus" yeni hücumçu axtarışına çıxıb

"Kristal Pelas"ın forvardı Jan-Filipp Mateta karyerasını "Yuventus"da davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.

28 yaşlı futbolçu London klubundan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Qeyd edək ki, J.Filipp Mateta cari mövsüm meydana çıxdığı 50 matçda 16 qol, 3 asistlə yadda qalıb.