“Yuventus”da yeni müqavilə

A Seriyası təmsilçisi “Yuventus” baş məşqçi İqor Tudorla olan əməkdaşlığını davam etdirmək qərarına gəlib. 

Sportline.az xəbər verir ki, mart ayında komandanın başına gətirilən xorvatiyalı çalışdırıcı ilə 2+1 illik yeni müqavilə imzalanıb.

“Yuventus” klubunun rəsmi açıqlamasına əsasən, 47 yaşlı baş məşqçi ilə imzalanan müqavilə 30 iyun 2027-ci ilə qədər qüvvədə olacaq. Müqavilədə əlavə 1 illik artırma şərti də yer alıb.

İqor Tudor “Yuventus”un başında indiyədək 9 oyuna çıxıb. Bu qarşılaşmalarda komanda 5 qələbə qazanıb, 3 heç-heçə edib və cəmi 1 dəfə məğlub olub.