"Yuventus"dan 85 milyon avroluq transfer

"Qalatasaray"da icarə əsasında çıxış edən nigeryalı forvard Viktor Osimhen karyerasını "Yuventus"da davam etdirə bilər.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "Yuventus" Osimhen üçün "Napoli"yə 85 milyon avro təklif edib.

26 yaşlı hücumçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 38 matçda 33 qol 8 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Osimhenin "Qalatasaray"la icarə müddəti iyun ayının 1-nə qədər nəzərdə tutulub.