"Yuventus"u "Milan"a dəyişə bilər

"Yuventus"da icarə əsasında çıxış edən portuqaliyalı futbolçu Serxio Konseysao karyerasını "Milan"da davam etdirə bilər.

Sportline.az jurnalist Nikolo Şikiranın məlumatına istinadən xəbər verir ki, "Milan" 22 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Konseysao müqavilə əsasında "Porto" klubuna məxsusdur. O, cari mövsüm çıxış etdiyi 35 matçda 5 qol 5 məhsuldar ötürmə müəllifi olub.