“Yuventus”un futbolçusu bu yay satılacaq

“Yuventus” serbiyalı forvardı Duşan Vlahoviçlə yollarını ayıracaq.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Turin klubu Vlahoviçi bu yay satacaq.

25 yaşlı futbolçu üçün “Yuventus” klubu 45 milyon avro tələb edir.

Qeyd edək ki, Vlahoviçin klubla müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

O, bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 40 matçda 15 qol 5 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Duşan Vlahoviç 2022-ci ilin yanvar ayında “Fiorentina”dan “Yuventus”da 83.5 milyon avro qarşılığında transfer olmuşdu.