Zidan aşağı liqada

"Real"ın sabiq futbolçusu Luka Zidanın yeni klubu müəyyənləşib.

Sportline.az xəbər verir ki, 24 yaşlı qapıçı azad agent qismində "Eybar"a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sequnda təmsilçisi Zidanla 2 illik müqavilə bağlayıb.

Qeyd edək ki, "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanın oğlu olan Lukanın sonuncu klubu "Rayo Valyekano" olub.

Banner