Zidan "Real"dakı gələcəyindən danışdı

"Real"ın baş məşqçisi Zinəddin Zidan növbəti dəfə klubdakı gələcəyi barədə danışıb.

Sportline.az "Marca"ya istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis deyib:

“Gələcəyə baxmıram və heç bir şey planlaşdırmıram. On il müddətinə bir müqavilə bağlaya bilərsən, ya da əksinə. Tənqid və tərif həmişə olacaq. Bu, futboldur. Mən isə hər gündən zövq alıram. Bir gün biri bitər, bir gün də digəri başlayar. Gündəlik işlərim barədə düşünürəm. Qalanları fəlsəfədir".

Qeyd edək ki, "Real" növbəti oyununu bu gün La Liqanın 28-ci turunda "Selta"ya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə 19:15-də başlayacaq.