Zidanın gedişi rəsmiləşdi

"Real" baş məşqçisi Zinəddin Zidanla yolları ayırıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Əməkdaşlıq fransalı mütəxəssisin istəyi ilə dayandırılıb.

Xatırladaq ki,  "Real" 2016-18-ci illərdə Zidanın rəhbərliyi altında 3 dəfə Çempionlar Liqası, iki dəfə İspaniya çempionluğu, bir dəfə ölkə, iki dəfə UEFA superkuboku və 2 dəfə klublararası dünya kubokunu qazanıb. Sonradan "Real"la yolları ayıran Zidan yenidən bu komandaya qayıtdıqdan sonra yenidən ölkə çempionu olub.

Bu məvsüm isə onun rəhbərliyi altında madridlilər La Liqada 2-ci yeri tutub, ÇL-də isə yarımfinalda mübarizəni dayandırıb.