Zidanın gedişini ilk kimlər bilib?

Zinəddin Zidanın "Real"dan ayrılmaq qərarını ilk bilən futbolçular olub.

Sportline.az xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb. Bildirilib ki, fransalı mütəxəssis klub rəhbərliyinə qərarını bildirməzdən əvvəl Madrid təmsilçisinin oyunçularına zəng edib. O, daha sonra rəhbərliyə istefası barədə bildirilib.

Zidanla "Real"ın prezidenti Florentino Peres arasında ötən cümə axşamı səhər görüş olub. Həmin gün klub baş məşqçinin vəzifəsindən ayrıldığını açıqlayıb.