“Zirə” futbolçusu ilə yeni müqavilə imzalayıb

“Zirə” futbolçusu Hacıağa Hacılıyla müqavilə müddətini uzadıb.

Klubdan Sportline.az-a verilən məlumata görə, oyunçu ilə 2 illik yeni sözləşmə bağlanıb.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi 2020-ci ildən “Zirə”nin formasını geyinir.