"Zirə"nin legioneri komandada qalacaq

"Zirə"nin portuqaliyalı qolkiperi Tyaqo Silva komandada qalacaq.

Sportline.az xəbər verir ki, müqavilə müddəti gələn ayın sonunda başa çatacaq 25 yaşlı qapıçı ilə daha bir illik anlaşma əldə olunub.  

Qeyd edək ki, Tyaqo Azərbaycan Premyer Liqasında cəmi 3 matçda iştirak edib.

25 yaşlı futbolçu 2023-cü il iyulun 19-dan “Zirə”nin qapısını qoruyur.