Zirkze İtaliyaya qayıdır

"Mançester Yunayted"in niderlandlı futbolçusu Coşua Zirkze karyerasını yenidən İtaliya A Seriyasında davam etdirə bilər.

Sportline.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, "İnter" Zirkzenin xidmətində maraqlıdır.

İtaliya klubu bu keçid üçün "qırmızı şeytanlar"a 40 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Zirkze daha əvvəl İtaliyada "Parma" və "Bolonya" kimi klublarda çıxış edib.

O, bu mövsüm çıxış etdiyi 48 matçda 7 qol 3 məhsuldar ötürmə müəllifi olub.

Xatırladaq ki, Zirkzenin "Mançester Yunayted"lə müqaviləsi 2029-cu ilin iyun ayına qədər nəzərdə tutulub.