3 güləşçimiz dünya çempionatında mübarizəyə başlayır

Bu gün Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında Azərbaycanın 3 sərbəst güləşçisi mübarizəyə başlayacaq.

Sportline.az xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən Kənan Heybətov 1/16 final mərhələsində Ukrayna təmsilçisi Yaroslav Xurski ilə üz-üzə gələcək.

Coşqun Əzimov (74 kq) eyni raundda Mathayo Mahabila (Keniya) ilə, Abubakr Abakarov (86 kq) isə Ahmed Dudarovla (Almaniya) güləşəcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Dünya çempionatı

61 kq
1/16 final:
 Kənan Heybətov - Yaroslav Xurski (Ukrayna)

74 kq
1/16 final:
 Coşqun Əzimov - Mathayo Mahabila (Keniya)

86 kq
1/16 final: 
Abubakr Abakarov - Ahmed Dudarov (Almaniya)

Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, oktyabrın 4-də isə 70 və 97 kq-da yer alan pəhləvanlar mübarizəyə qoşulacaq.