Arman Sarukyanı diskvalifikasiya gözləyir

ABŞ-nin Nevada ştatının Atletika komissiyası (NSAC) UFC döyüşçüsü Arman Sarukyanı cəzalandırmağa hazırlaşır.

Sportline.az xəbər verir ki, bu məlumatı erməni əsilli rusiyalı idmançının meneceri Sayat Abdraxmanov paylaşıb.

O, TASS agentliyinə verdiyi açıqlamada "Cərimə və diskvalifikasiya ola bilər. Qərarı onlar qəbul edəcəklər" deyib.

Qeyd edək ki, Sarukyan ABŞ-də təşkil olunan UFC 300 turnirində azarkeşlərə hücum çəkmişdi.

Qərar aprelin 30-dək açıqlanacaq.