"Atletiko" mövsümün ilk ev oyununda inamlı qələbə qazandı

"Atletiko" Madrid La Liqanın ikinci turunda "Jirona"nı qəbul edib.

Sportline.az xəbər verir ki, görüş paytaxt klubunun 3-0 hesablı qələbəsi ilə nəticələnib.

"Qırmızı-ağlar" adına qələbə qollarını Qrizman, Llorente və Koke vurub. Simenonenin komandası bu qələbə ilə xallarının sayını 4-ə çatdırıb.

Qeyd edək ki, "Atletiko" La Liqanın üçüncü turunda öz meydanında "Espanyol"la qarşılaşacaq. Görüş avqustun 28-də keçiriləcək.