Avropa çempionatı: Daha 5 yunan-Roma güləşçimiz mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha 5 yunan-Roma güləşçisi Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında mübarizəyə başlayacaq.
Sportline.az xəbər verir ki, Murad Bazarov (60 kq) və Zamir Məhəmmədovun (97 kq) ilk görüşü 1/4 final mərhələsinə təsadüf edəcək. Namaz Rüstəmov (67 kq) və Tuncay Vəzirzadə (82 kq) yarışa 1/8 final mərhələsindən qoşulacaq.
Xasay Həsənli (72 kq) isə təsnifatda mübarizəyə start verəcək.
60 kq
1/4 final: Murad Bazarov - Qleb Makaranka (Belarus)
67 kq
1/8 final: Namaz Rüstəmov - Mate Nemes (Serbiya)
72 kq
Təsnifat: Xasay Həsənli - Valentin Petiç (Moldova)
82 kq
1/8 final: Tuncay Vəzirzadə - Mixail Bradu (Moldova)
97 kq
1/4 final: Zamir Məhəmmədov - Balaş Kiss (Macarıstan)
Bu gün eyni zamanda yunan-Roman güləşinin 5 çəki dərəcəsi üzrə təsəlliverici və medal görüşləri olacaq. Azərbaycan təmsilçilərindən Eldəniz Əzizli (55 kq) bürünc medal uğrunda görüşdə Fabian Şmitt (Almaniya)/Mattias Poutanen (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Taleh Məmmədov (63 kq) finalda Cambolat Lokyayevin (Rusiya) müqavimətini qırmağa çalışacaq. Son Avropa çempionu Sənan Süleymanov (77 kq) isə təsəlliverici görüşdə Varujan Qriqoryanla (Ermənistan) görüşəcək.
55 kq
Bürünc medal görüşü: Eldəniz Əzizli - Fabian Şmitt (Almaniya) / Mattias Poutanen (Finlandiya)
63 kq
Final: Taleh Məmmədov - Cambolat Lokyayev (Rusiya)
77 kq
Təsəlliverici görüş: Sənan Süleymanov - Varujan Qriqoryan (Ermənistan)
Qeyd edək ki, seçmə mərhələ və təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, yarımfinal qarşılaşmaları saat 18:45-də, medal mücadilələri isə saat 20:00-da başlanacaq.