Avropa çempionatına yollanacaq heyət bəlli olub

İspaniyanın Pontevedra şəhərində güləş üzrə gənclərin Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti açıqlanıb.

Sportline.az xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərindən Zaur Əliyev (55 kq), Əsgər Əlizadə (60 kq), Zaur Nuriyev (63 kq), Niyaz Ərzumanov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq), Laçın Vəliyev (87 kq), Tarış Əbilov (97 kq) və Sərxan Məmmədov (130 kq) qitə birinciliyində qüvvəsini sınayacaq. 

Qadın güləşçilərdən Şəhanə Nəzərova (50 kq), Ayşən Yusifova (53 kq) və Jalə Əliyeva (62 kq) məşqçi İsaməddin Hüseynovun tapşırıqlarını yerinə yetirməyə çalışacaq. 

Böyük məşqçi Rövşən Hacıyev və məşqçi Nazim Əlicanovun rəhbərliyi altında sərbəst güləşçilərdən Azər Əhmədov (57 kq), İntiqam Vəlizadə (61 kq), Turan Bayramov (65 kq), Elmar Kazımov (70 kq), Nəsib İsayev (74 kq), Abubakr Abakarov (79 kq), Fuad Mailov (86 kq), Asxab Həmzətov (92 kq), Sənan Əlizadə (97 kq) və İslam Abuyev (125 kq) uğur qazanmağa cəhd göstərəcək. 

Qitə birinciliyində beynəlxalq dərəcəli hakim Tural Əliyev ədaləti qoruyacaq. 

Qeyd edək ki, iyunun 3 - 5-də yunan-Roma güləşçiləri, iyunun 5-7-də qadın güləşçilər, iyunun 7 - 9-da sərbəst güləşçilər mübarizə aparacaq.