Avropa Olimpiya Təsnifat Turniri: Dörd qadın güləşçimiz lisenziyasız qaldı

Qadın güləşi üzrə Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində mübarizəyə başlayıb.

Sportline.az xəbər verir ki, yığmanın heyətində Leyla Qurbanova (53 kq), Alyona Kolesnik (57 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (78 kq) 1/8 finaldan, Tatyana Omelçenko (76 kq) isə 1/4 finaldan yarışa qoşulub.

Qurbanova Timea Şekeri (Macarıstan) mübarizədən kənarlaşdırsa da, Vanesa Kalacinskayanın (Belarus) müqavimətini qıra bilməyib.

Kolesnik ilk görüşdə, Evelina Nikolovaya (Bolqarıstan), Zutova Corcina Neltorpa (Böyük Britaniya) məğlub olub.

Avropa çempionu Manolova ardıcıl olaraq İlana Kratiş (İsrail) və Danute Domikaytiteyə (Litva) qalib gələrək yarımfinala adlayıb. Manolova finala gedən yolda Rusiya təmsilçisi Xanım Vəliyeva ilə görüşəcək.

Omelçenko isə 1/4 finalda Anastasiya Qriqoryevaya məğlub olub.

Qeyd edək ki, qadın güləşçilərin yarımfinal qarşılaşmaları Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.